Azərbaycanda koronavirus infeksiyasına 46 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 831 min 460-a çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 28 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib. Ölənlərin ümumi sayı 10 min 250 nəfər təşkil edir.
Virusa yoluxmuş 820 min 953 nəfər (sutka ərzində +61) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 257 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 min 471 (ötən gün 1 min 237 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 593 min 644 test aparılıb.**
R.Kərimov