Ermənistanın təhlükəsizliyinə yalnız hərtərəfli sülh zəmanət verə bilər. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib.
"Ermənistanın təhlükəsizliyinə yalnız hərtərəfli sülh zəmanət verə bilər. Hesab edirik ki, sülh üçün siyasi iradə və sülhə nail olmaq parametrlərinin təfərrüatları lazımdır. Bizim siyasi iradəmiz var. Lakin sual olunur - danışıqlar prosesi nəticəsində sülh prosesinin Ermənistan xalqı üçün məqbul ola biləcək parametrlərini nə qədər formalaşdıra biləcəyik", - Paşinyan deyib.
Onun sözlərinə görə, sülhə nail olmaq parametrləri Ermənistan xalqı üçün həm məqbul, həm də qəbuledilməz ola bilər.
"Bizim vəzifəmiz bu məsələ ilə bağlı reallığı, məqbul olanları və emosiyaları balanslaşdırmaq, yaxınlaşdırmaqdır. Bunun baş verməsi üçün əlimizdən gələni edəcəyik. Biz qlobal qeyri-müəyyənliklər dövründə yaşayırıq, mina sahəsi üzərində gəzirik. Bizdən də əlavə səy tələb olunur", - Paşinyan qeyd edib.
O, həmçinin bəyan edib ki, regionda təhlükəsizlik və sabitlik sistemləri deformasiyaya uğrayıb. **