Azərbaycan Mərkəzi Bankı (AMB) mayın 4-nə manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Mayın 4-nə manatın avroya nisbətən rəsmi məzənnəsi 1.8837 manat/1EUR səviyyəsində (mayın 3-nə 1.8743 manat/1EUR) müəyyən edilib.
AMB mayın 4-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0.0214 manat/1RUB səviyyəsində (mayın 3-nə 0.0213 manat/1RUB) müəyyən edib.
Mayın 4-nə manatın türk lirəsinə nisbətən rəsmi məzənnəsi 0.0873 manat/1TRY səviyyəsində saxlanılıb.*
B.Rüstəmbəyov