Vaşinqton İrəvan və Bakının danışıqlarda əldə etdiyi irəliləyişi alqışlayır və dialoqun davam etdirilməsinə çağırır. Bunu ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan deyib.
“Biz Ermənistan və Azərbaycanın danışıqlarda əldə etdiyi irəliləyişi alqışlayır və dialoqun davam etdirilməsinə çağırırıq. Davamlı və ədalətli razılaşma hər iki ölkə və region üçün imkanların açılması üçün əsas olacaq”, - deyə o, “Twitter”dəki hesabında yazıb.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan mayın 3-də Vaşinqtonda görüş zamanı Bakı və İrəvan arasında münasibətlərin normallaşması prosesini müzakirə ediblər.*
R.Kərimov