Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında ABŞ-da aparılan danışıqlar bu gün başa çatacaq. Bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
“Bu gün ABŞ-ın dövlət katibi Antoni Blinkenin iştirakı ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında Vaşinqtonda yekun görüş keçiriləcək”, - deyə məlumatda bildirilib.
Görüş Vaşinqton vaxtı ilə saat 13:45-də (Bakı vaxtı ilə saat 21:45-də) başlayacaq.
Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıqlar mayın 1-də Arlinqtonda başlayıb.*
R.Kərimov