Azərbaycanda koronavirus infeksiyasına 22 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 831,482 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 46 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib. Ölənlərin ümumi sayı 10254 nəfər təşkil edir.
Virusa yoluxmuş 821,024 min nəfər (sutka ərzində +71) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 204 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1,006 min (ötən gün 1,471 min test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 594,65 min test aparılıb.*
X.Nəsirzadə