Ermənistan-Azərbaycan sərhədindəki Aİ monitorinq missiyası hər hansı bir təhlükəsizlik zəmanəti vermir. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
“Aİ-nin monitorinq missiyasını Ermənistana dəvət etmək asan qərar olmadı, çünki bu, hər hansı bir təhlükəsizlik zəmanəti vermir, digər tərəfdən yeni çağırışlara səbəb ola bilər. Ancaq beynəlxalq ictimaiyyətin bölgəmizə olan diqqətini qoruyub saxlamaq bizim üçün vacibdir, çünki Ukraynadakı hadisələrdən sonra beynəlxalq ictimaiyyətin diqqəti bu məsələyə fokuslanıb ki, bu da regionumuzda qeyri-sabitlik üçün imkanlar yaradır”, - deyə o, bu gün Praqada Transatlantik Əlaqələr Mərkəzində çıxışı zamanı bildirib.*