1-4 may 2023-cü il tarixlərində ABŞ-ın Virciniya ştatının Arlinqton şəhərində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında aparılan danışıqlar nəticəsində sülh sazişi layihəsinin bəzi maddələri üzrə qarşılıqlı razılıq əldə edilib, bəzi əsas məsələlər üzrə mövqelər isə fərqli olaraq qalır.
“Nazirlər və onları müşayiət edən nümayəndə heyətinin üzvləri Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli Saziş layihəsinin bəzi maddələri üzrə qarşılıqlı razılıq əldə edib, eyni zamanda, bəzi əsas məsələlər üzrə mövqelərin fərqli olaraq qaldığını qəbul ediblər”, - deyə Azərbaycan XİN-dən bildirilib.
Məlumata görə, tərəflər müzakirələri davam etdirmək barədə razılığa gəliblər.*
R.Əhmədov