Azərbaycan Mərkəzi Bankı (AMB) mayın 5-nə manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Mayın 5-nə manatın avroya nisbətən rəsmi məzənnəsi 1.8776 manat/1EUR səviyyəsində (mayın 4-nə 1.8837 manat/1EUR) müəyyən edilib.
AMB mayın 5-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0.0217 manat/1RUB səviyyəsində (mayın 4-nə 0.0214 manat/1RUB) müəyyən edib.
Mayın 5-nə manatın türk lirəsinə nisbətən rəsmi məzənnəsi 0.0872 manat/1TRY səviyyəsində (4 may - 0.0873 manat/1TRY)müəyyən edilib. **
B.Rüstəmbəyov