Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan Mərkəzi Bankı tərəfindən investisiya məqsədli pul nişanları mayın 10-dan tədavülə buraxılır.
AMB-nin baş direktoru Aqşın Vəliyev bəyan edib ki, pul nişanları 4 nominalda olacaq: 10, 20, 50 və 100 manat.
Baş direktor qeyd edib ki, bu pul nişanlarının xüsusiyyətli ondan ibarətdir ki, onlar yüksək 999.9 əyarlı Azərbaycan qızılından hazırlanıblar. İnvestisiya məqsədli pul nişanları müvafiq olaraq 1 Oz (31.1 qr.), 1/2 Oz (15.55 qr.), 1/4 Oz (7.78 qr.), 1/10 Oz (3.11 qr.) çəkilərdə olacaq.
Pul nişanları Böyük Britaniyanın “The Royal Mint” şirkətində istehsal edilib.
Bu pul nişanlarının qiyməti qızılın qiymətindən asılı olacaq. Onıarı həm AMB-nin kassasında, həm də ölkənin digər banklarında əldə etmək mümkün olacaq. Pul nişanları həmçinin nominal dəyərləri ilə Azərbaycan ərazisində qanuni ödəniş vasitəsidir. **
X.Nəsirzadə