Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva cümə günü Xocavənd rayonuna (Qarabağ regionu) səfər ediblər. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Səfər zamanı dövlət başçısı Tuğ kəndində həyata keçiriləcək turizm layihələriilə tanış olub, İnzibati Mərkəzin və ilk yaşayış məhəlləsinin təməlini qoyub.
Daha sonra prezident Əliyev Hadrut qəsəbəsində ilk yaşayış məhəlləsinin təməlqoyma mərasimində iştirak edib və tam orta məktəbin bərpa layihəsi ilə tanış olub. Həmçinin, Əliyev İnzibati Mərkəzin təməlqoyma mərasimində iştirak edib.
Bundan başqa, prezident Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun 8,2 kilometrlik hissəsinin, Hadrut “Qovşaq” yarımstansiyasının və Rəqəmsal İdarəetmə mərkəzinin açılışlarını edib.
O cümlədən, Əliyev səfər çərçivəsində Füzuli rayonunun Pirəhmədli və Dədəli kəndinin kəndlərinin təməlqoyma mərasimində iştirak edib, Füzuli-Hadrut avtomobil yolunun 12,3 kilometrlik hissəsinin açılışını edib. **
B.Rüstəmbəyov