“ADY Container” şirkəti (“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti) ilə “Türkmənistan Nəqliyyat və Logistika Mərkəzi” arasında Anlaşma Memorandumu imzalanıb. Bu barədə “ADY Container” məlumat verir.
Sənəd Aşqabad şəhərində keçirilən “Beynəlxalq nəqliyyat- tranzit dəhlizləri: qarşılıqlı əlaqə və inkişaf - 2023” 2-ci Beynəlxalq sərgi və konfrans çərçivəsində imzalanıb.
Şirkətdən qeyd olunub ki, “yeni əməkdaşlıq platforması Avrasiya regionunda konteyner daşımalarının səmərəli və sürətli təşkilinə önəmli töhfə verəcək”.
Həmçinin, konfrans çərçivəsində CASCA+beynəlxalq multimodal marşrutu üzrə iştirakçı ölkələrin dəmir yolları operatorlarının növbəti görüşü keçirilib, tranzit imkanlarının yeni inkişaf perspektivləri müzakirə olunub. **
B.Rüstəmbəyov