2023-cü ilin mart ayında Trans-Adriatik qaz kəməri (TAP) ilə İtaliyaya qaz nəqli illik hesabalmada 4% - 898 milyon kubmetrədək artıb.
“İnterfaks-Azərbaycan”a İtaliya Ətraf Mühit və Enerji Təhlükəsizliyi Nazilriyindən verilən məlumata əsasən, 2023-cü ilin birinci rübündə İtaliyaya qaz nəqli 2,451 milyard kubmetr (2022-ci ilin yanvar-mart aylarının göstəricisindən 6,3% çox) təşkil edib.
Yanvarda TAP ilə İtaliyaya 852 milyon kubmetr, fevralda – 701 milyon kubmetr nəql olunub.
TAP qaz kəməri “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından hasil edilən təbii qazın Avropaya nəqlini nəzərdə tutur.
Xəbər verildiyi kimi, 2022-ci ildə Azərbaycan qaz ixracını 18% - 22,3 milyard kubmetrə qədər artırıb, Avropaya ixrac 11,4 milyard kubmetr (+39%) təşkil edib.
Avropa İttifaqının Statistika İdarəsinin (Avrostat) məlumatına görə, 2022-ci ildə Aİ ölkələri – İtaliya, Yunanıstan və Bolqarıstan Azərbaycandan 15,599 milyard avro məbləğində təbii qaz (il ərzində artım 4 dəfə) idxal edib.
İtaliya Ətraf Mühit və Enerji Təhlükəsizliyi Nazilriyinin məlumatına görə, 2022-ci ildə TAP ilə İtaliyaya qaz nəqli 10 milyard 325 milyon kubmetr (2021-ci ilin göstəricisindən +43,1%) təşkil edib. Avrostatın məlumatına görə, hesabat dövründə İtaliya Azərbaycandan 13,253 milyard kubmetr avro dəyərində təbii qaz idxal edib (il ərzində artım 3,9 dəfə).
2023-cü ildə Azərbaycandan qaz ixracı 24,5 milyard kubmetr həcmində nəzərdə tutulur ki, bunun da 12 milyard kubmetrə qədəri Avropanın payına düşəcək.**
R.Kərimov