Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya ilə Ermənistan arasında yüksək səviyyəli danışıqların olması imkanını konkretləşdirməyib, bunun üçün hələlik tez olduğunu qeyd edib, lakin məlumat verib ki, müəyyən planlar müzakirə olunur.
"Hələlik irəli getməyək, müəyyən planlar müzakirə olunur, bu müzakirə başa çatanda müvafiq elan verəcəyik. Hələlik bunun üçün tez olduğunu hesab edirik", - Peskov cümə günü jurnalistlərin müvafiq sualına cavabında bildirib.
Dünən Ermənistanın baş naziri Nikol Paşinyan məlumat verib ki, gələn həftə Moskvaya səfər etməyi planlaşdırır. **