4 may tarixində “Kapital Bank” ASC-nin səhmdarları ümumi yığıncaqda Fərid Hüseynovu İdarə Heyətinin sədri vəzifəsinə təsdiq ediblər.
Kredit təşkilatının məlumatında qeyd olunur ki, Hüseynov bu postda Rövşən Allahverdiyevi əvəzləyəcək (2013-cü ildən etibarən İdarə Heyətinin sədri olub). Allahverdiyev bankın Müşahidə Şurasının sədri təyin olunub.
Öz növbəsində, Müşahidə Şurasının sədri vəzifəsini tutan Cəlal Qasımov “Kapital Bank”ın Müşahidə Şurasının üzvü olacaq.
Hüseynov “Kapital Bank”ın İdarə Heyəti sədrinin birinci müavini vəzifəsini tutub.
“Kapital Bank” Azərbaycanda 140 ildən çoxdur fəaliyyət göstərir və hazırda aparıcı bankların üçlüyünə daxildir. Bankın səhmdarları “PAŞA Holdinq” (99,8755%) və fiziki şəxslərdir (0,1245%).**
R.Əhmədov