Azərbaycanda koronavirus infeksiyasına 29 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 831 min 511-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 22 yoluxma faktı qeydə alınmışdı.
Son sutka ərzində COVID-19-dan ölüm halı qeydə alınmayıb. Ölənlərin ümumi sayı 10 min 254 nəfər təşkil edir.
Virusa yoluxmuş 821 min 70 nəfər (sutka ərzində +49) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 187 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 656 (ötən gün 1 min 6 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 595 min 306 test aparılıb.**
B.Rüstəmbəyov