Azərbaycan və Rusiya kibertəhdidlərə qarşı mübarizəyə yanaşmaları müzakirə edib, beynəlxalq informasiya təhlükəsizliyi sahəsində əməkdaşlıq planının layihəsini razılaşdırıb. Bu barədə RF Təhlükəsizlik Şurası Aparatının mətbuat xidmətindən məlumat verilib.
«Tərəflər BMT Nizamnaməsinin prinsipləri əsasında informasiya sahəsində təhdidlərə qarşı durmaya Rusiya və Azərbaycanın yanaşmalarının yaxın olduğunu təsdiqləyiblər», - mətbuat xidmətinin məlumatında deyilir.
Bildirilib ki, məsləhətləşmələrin yekunlarına dair 2023-2025-ci illər üçün beynəlxalq kibertəhlükəsizliyin təminatı sahəsində əsas əməkdaşlıq istiqamətlərinin reallaşdırılması planının layihəsi razılaşdırılıb.
Mətbuat xidmətindən qeyd olunub ki, RF TŞ katibinin müavini Oleq Xramov və Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovun iştirak etdiyi məsləhətləmələr zamanı beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində «ikitərəfli əməkdaşlıq məsələlərinin bütün spektri üzrə əsaslı fikir mübadiləsi aparılıb». **
İnformasiya şöbəsi