Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov məlumat verib ki, Azərbaycanın xaricdə diplomatik missiyalarının sayı 89-a çatıb (66 səfirlik, 6 daimi nümayəndəlik, 9 baş konsulluq, 8 səfirlik və təmsilçilik ofisi).
Bu barədə XİN başçısı “Azərbaycan” qəzetində dərc olunmuş məqaləsində məlumat verib.
O cümlədən, Bayramov Azərbaycanda xarici ölkələrin diplomatik missiyalarına dair məlumatları qeyd edib. Onun sözlərinə görə, hazırda Azərbaycanda 88 ölkənin və beynəlxalq təşkilatın nümayəndəlikləri, 15 xarici dövlətin konsulluqları akkreditə olunub. **
V.Əliyev