Azərbaycan prezidenti İlham Əliyev Dövlət Gömrük Komitəsi (DGK) kollegiyasının tərkibini təsdiq edib.
Sərəncama əsasən, Kollegiyanın sədri - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədridir.
Kollegiyanın üzvləri: Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, DGK sədrinin müavinləri, DGK Aparatının baş idarə rəisləri və DGK-nin ərazi və ixtisaslaşdırılmış baş gömrük idarələrinin rəisləridir. **
R.Əhmədov