Türkiyənin Hatay əyaələtində baş vermis yol-nəqliyyat hadisəsi nəticəsində 12 nəfər həlak olub, 31 nəfər xəsarət alıb. Bu barədə şənbə günü Türkiyə mətbuatı məlumat verir.
Məlumata əsasən, İskəndərun-Antakya yolunda yük avtomobilinin sürücüsü idarəetməni itirib, qarşı yola çıxaraq minik avtomobillərinə çırpılıb.
KİV qeyd edir ki, yaralılar xəstəxanaya çatdırılıblar. Xəsarət 31 nəfərdən üç nəfərin vəziyyəti ağırdır.
Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca həlak olanların ailələrinə başsağlığı verib. **