Azərbaycanda koronavirus infeksiyasına 15 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 831 min 565-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 29 yoluxma faktı qeydə alınmışdı.
Son sutka ərzində COVID-19-dan ölüm halı qeydə alınmayıb.
Ölənlərin ümumi sayı 10 min 257 nəfər təşkil edir.
Virusa yoluxmuş 821 min 124 nəfər (sutka ərzində +24) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 174 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 800 (ötən gün 1181 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 597 min 287 test aparılıb.**
V.Əliyev