Azərbaycan Mərkəzi Bankı (AMB) mayın 8-nə manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Mayın 8-nə manatın avroya nisbətən rəsmi məzənnəsi 1.8774 manat/1EUR səviyyəsində (mayın 5-nə 1.8776 manat/1EUR) müəyyən edilib.
AMB mayın 8-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0.0219 manat/1RUB səviyyəsində (mayın 5-nə 0.0217 manat/1RUB) müəyyən edib.
Mayın 8-nə manatın türk lirəsinə nisbətən rəsmi məzənnəsi 0.0872 manat/1TRY səviyyəsində saxlanılıb.*
B.Rüstəmbəyov