Mayın 14-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin təşkilatçılığı ilə Brüsseldə danışıqlar aparacaqlar. Bu barədə “Financial Times” (FT) nəşri yazıb.
“Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bazar günü (14 may - İF-Az) Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş təşkil edəcək”, - deyə görüşün hazırlanması barədə məlumatlı olan üç rəsmi şəxs “Financial Times”a bildirib.
“Brüsseldəki görüş irəliləyişin mühüm əlamətidir. Aİ və ABŞ-ın səyləri bir-birini tamamlayır”, - deyə rəsmilərdən biri anonimliyin qorunması şərti ilə bildirib.
Rəsmilərdən ikisinin sözlərinə görə isə, Əliyev, Paşinyan və Mişel iyunun 1-də Almaniya kansleri Olaf Şolts və Fransa prezidenti Emmanuel Makronla Moldovada Avropa Siyasi Birliyinin sammiti çərçivəsində görüşməyi planlaşdırırlar.*
R.Kərimov