İyunun 22-də “Unibank” ASC-nin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
“İclasda bankın 2022-ci il üzrə maliyyə hesabatının təsdiq edilməsi və mənfəətin bölüşdürülməsi planlaşdırılır”, - deyə bankdan bildirilib.
İclas qiyabi formatda keçiriləcək.
Xəbər verildiyi kimi, 2022-ci ilin yekunları üzrə bankın xalis mənfəəti 556,6 min manat təşkil edib.
“Unibank” ASC 2002-ci ilin oktyabr ayında yaradılıb və aktivlərinin həcminə görə Azərbaycan bankları arasında 6-cı yeri tutur. Bankın səhmdarları 9 fiziki və 1 hüquqi şəxs, əsas səhmdarı Eldar Qəribovdur (kapitalda payı 87,032%-dir).*
R.Əhmədov