Bu gün Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-ci kilometrliyində yeni texnologiyaya əsaslanan elektron tərəzinin açılışı olub. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin məlumatında deyilir.
“Elektron tərəzilərin yollarda quraşdırılması işləri 2 mərhələ üzrə aparılır. Avtomobil yollarının konstruktiv-mühəndisi xüsusiyyətləri nəzərə alınmaqla, I mərhələdə 11 yerdə olmaqla, yolun sağ və sol tərəflərində cəmi 19 tərəzinin quraşdırılması nəzərdə tutulub. Layihənin 2024-cü ilin oktyabr ayınadək yekunlaşdırılması planlaşdırılır”, - deyə məlumatda bildirilir.
II mərhələdə 20 yerdə avtomobil yollarının sağ və sol tərəflərində 29 tərəzinin quraşdırılması nəzərdə tutulub.
Layihənin 2024-cü ilin oktyabr ayınadək yekunlaşdırılması planlaşdırılır.
Məlumatların vahid mərkəzdə toplanılması üçün tərəzilərin idarəetmə mərkəzi yaradılacaq.
Elektron tərəzilər Türkiyənin “ASELSAN” şirkətindən alınıb.*
B.Rüstəmbəyov