Asiya İnkişaf Bankı (AİB) 2050-ci ilədək Azərbaycan əhalisinin sayının 10,9 milyon nəfərə çatacağını proqnozlaşdırır.
“İnterfaks-Azərbaycan” agentliyi AİB-in materiallarına istinadən bildirir ki, proqnozlara görə, 2030-cu ilədək Azərbaycan əhalisinin sayı 10,7 milyon nəfərə qədər (AİB-in əvvəlki proqnozu ilə müqayisədə +3,5%), 2040-cı ilədək 11 milyon nəfərə qədər (+6,3%) artacaq, 2050-ci ilədək 10,9 milyon nəfərə qədər azalacaq (+5,3%).
2023-cü il martın 1-nə Azərbaycan əhalisinin sayı 10 milyon 135,4 min nəfər təşkil edir.*
R.Kərimov