Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanımn baş naziri Nikol Paşinyan Moskvada görüşəcəklər. Bu barədə RF-nin İrəvandakı səfiri Sergey Kopırkin məlumat verib.
“Yaxın zamanda Moskvada görüş baş tutacaq”, - Kopırkin çərşənbə axşamı jurnalistlərə deyib.
O qeyd edib ki, Rusiya Cənubi Qafqazda sülhün bərqərar olması üçün fəal vasitəçilik səyləri göstərir.
“Rusiya Ermənistan barəsində müttəfiqlik öhdəliklərinə çox ciddi yanaşır və burada sülh, təhlükəsizlik və inkişaf dövrünün başlaması üçün bütün mümkün səyləri göstərir”, - Kopırkin bildirib. **
İnformasiya şöbəsi