Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva çərşənbə axşamı Şuşada bir sıra açılışlarda və təməlqoyma mərasimlərində iştirak ediblər. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Xüsusilə, dövlət başçısı “Azərişıq” ASC-nin Şuşa Elektrik Şəbəkələrinin İnnovativ Texnologiyalar Mərkəzinin açılışında iştirak edib.
Həmçinin,Əliyev Qarabağ küçəsində qeyri-yaşayış binasının təməlini qoyub, Cıdır düzündə Mir Möhsün Nəvvab Qarabağinin Heydər Əliyev Fondu tərəfindən bərpa olunan məzarını ziyarət edib.
O cümlədən, prezident bərpa işlərindən sonra Mehmandarovların malikanə kompleksinin açılışında iştirak edib.
Əliyevə Xüsusi nümayəndəliyin inzibati binasının qarşısındakı meydanda həyata keçiriləcək işlər barədə məlumat verilib. **
B.Rüstəmbəyov