Pakistanın keçmiş baş naziri İmran Xan çərşənbə axşamı İslamabadda məhkəmə binasında barəsində açılmış korrupsiyada ittiham işi ilə bağlı dinləmələr zamanı həbs edilib. Bu barədə «Əl-Ərəbiyyə» məlumat verir.
Daha öncə Xan barəsində bir sıra cinayət işləri açılıb. Xüsusilə, o, xarici liderlərdən hədiyyələr almaqda və bununla ümumilikdə $630 min əldə etməkdə ittiham olunur. Mart ayında polis ilə Xanın tərəfdarları arasında baş verən toqquşmalardan sonra Pakistan paytaxtının polisi terrorizmdə ittiham olunan sabiq baş nazir barəsində cinayət işi başlayıb. **