Birgə Əlaqələndirmə Mərkəzi “Qara dəniz taxıl təşəbbüsü” çərçivəsində Ukraynadan gələn kənd təsərrüfatı məhsulları ilə gəmilərin inspeksiyasını bərpa edib. Bu barədə çərşənbə axşamı “Sabah” nəşri məlumat verir.
Türkiyə mətbuatına müvafiq informasiya Türkiyə Milli Müdafiə Nazirliyindən daxil olub.
Nəşr xatırladır ki, dünən BMT-də məlumat verilib ki, bazar günü və bazar ertəsi gəmilərin inspeksiyası həyata keçirilməyib.
Eyni zamanda, Türkiyə Milli Müdafiə Nazirliyindən təsdiq olunub ki, 10-11 may tarixlərində Türkiyə, RF, Ukrayna və BMT arasında “taxıl sazişi” mövzusu ilə bağlı danışıqlar aparılacaq. **