Azərbaycanda koronavirus infeksiyasına 25 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 831 min 588-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 8 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib. Ölənlərin ümumi sayı 10 min 260 nəfər təşkil edir.
Virusa yoluxmuş 821 min 156 nəfər (sutka ərzində +26) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 172 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1500 (ötən gün 634 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 599 min 421 test aparılıb.**
R.Əhmədov