Azərbaycan Mərkəzi Bankı (AMB) mayın 10-na manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Mayın 10-na manatın avroya nisbətən rəsmi məzənnəsi 1.8652 manat/1EUR səviyyəsində (mayın 8-nə 1.8774 manat/1EUR) müəyyən edilib.
AMB mayın 10-na manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0.0218 manat/1RUB səviyyəsində (mayın 8-nə 0.0219 manat/1RUB) müəyyən edib.
Mayın 10-na manatın türk lirəsinə nisbətən rəsmi məzənnəsi 0.0871 manat/1TRY səviyyəsində (mayın 8-nə 0.0872 manat/1TRY) müəyyən edilib.*
X.Nəsirzadə