Dövlət Gömrük Komitəsi (DGK) 2023-cü ilin yanvar-aprel aylarında dövlət büdcəsinə 2 milyard 46 milyon 681,4 min manat məbləğində vergi və rüsum köçürüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə DGK-dan məlumat verilib.
Xəbər verildiyi kimi, 2022-ci ilin yanvar-aprel aylarında DGK-nın xətti ilə dövlət büdcəsinə köçürmələrin həcmi 1 milyard 641 milyon 440,6 min manat təşkil edib. Beləliklə, 2023-cü ilin müvafiq dövründə dövlət büdcəsinə köçürmələr 24,7% artıb.
Dövlət büdcəsinə ƏDV üzrə daxilolmalar 1 milyard 470 milyon 764,3 min manat (artım 25,2%), aksizlər üzrə 62 milyon 297,4 min manat (artım 56,3%), yol vergisi üzrə 17 milyon 30,5 min manat (artım 1,5%) təşkil edib.
Bundan başqa, hesabat dövründə gömrük rüsumları üzrə köçürmələr 496 milyon 589,2 min manat (artım 21%) məbləğində olub.
2023-cü ildə DGK-nın xətti ilə dövlət büdcəsinə köçürmələr üzrə plan 4 milyard 750 milyon manat təşkil edir.*
B.Rüstəmbəyov