Azərbaycanın sabiq Prezidenti, Ümummilli Lider Heydər Əliyev qeyri-adi şəxsiyyət olub və Rusiyada onun SSRİ, müasir Azərbaycan tarixində və Moskva ilə Bakı arasında mövcud münasibətlərin tarixində rolunu xatırlayırlar. Bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.
“Bu, bir vaxtlar ümumi ölkəmizin tarixinə, müasir Azərbaycan və müasir Rusiya-Azərbaycan münasibətlərinin tarixinə əbədi düşmüş tamamilə qeyri-adi şəxsiyyətdir”, - deyə o, jurnalistlərə bildirib.
“Biz azərbaycanlı dostlarımızla birlikdə bu tarixin sevincini bölüşür, Heydər Əliyevin oynadığı rolun xatirəsini qoruyub saxlayırıq”, - deyə Peskov qeyd edib.*