Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi İqor Xovayevlə görüşüb.
Ermənistan hökumətinin mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı tərəflər Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını müzakirə ediblər.
Paşinyan, həmçinin mövcud problemlərin həlli ilə bağlı İrəvanın yanaşmalarını Xovayevə təqdim edib.*