Ermənistan silahlı qüvvələri iriçaplı silahlar və minaatanlardan fəal istifadə etməklə sərhəddə Azərbaycan Ordusunun mövqelərini atəşə tutur. Bu barədə Azərbaycan Mdafiə Nazilriyindən məlumat verilir.
“Ermənistan silahlı qüvvələrinin bölmələri təxribatlarını genişləndirmək məqsədilə iriçaplı silahlar və minaatanlardan istifadə etməklə mövqelərimizi atəşə tutmağa davam edir. Azərbaycan Ordusunun bölmələri tərəfindən qətiyyətli cavab tədbirləri görülür”, - nazirlikdən vurğulanır.
Eyni zamanda, hərbi xəbərlərdə ixtisaslaşan Azərbaycanın Caliber nəşri yazır ki, Ermənistan sərhəddə Azərbaycan Ordusunun mövqelərinə qarşı kamikadze dronlardan fəal şəkildə istifadə edir.
“Toqquşmalar (Azərbaycan-Ermənistan sərhədində - İF) davam edir. Ermənistan tərəfi sərhəddə Azərbaycan Ordusunun mövqelərinə qarşı baraj sursatlarından (kamikadze dronlardan) fəal şəkildə istifadə edir. İndiyədək beş güclü partlayış qeydə alınıb. İlkin məlumatlara görə, söhbət İran istehsalı olan dronlardan gedə bilər”, - nəşr vurğulayır. **
R.Əhmədov