İyulun 5-nə “Günay Bank” ASC-nin səhmdarlarının ümumi yığıncağı çağırılıb. Bu barədə “İnterfaks-Azərbaycan”a bankdan məlumat verilib.
“Yığıncaqda nizamnamə kapitalının artırılması məsələsinin müzakirəsi planlaşdırılır”, - bandan vurğulanıb.
2023-cü ilin birinci rübü ərzində maliyyə hesabatına əsasən, nizamnamə kapitalı 64 milyon 910,093 min manat təşkil edir.
“Günay Bank” ASC 1992-ci ildə fəaliyyət üçün lisenziya alıb. Bankın səhmdarları 3 fiziki şəxsdir.**
X.Nəsirzadə