2023-cü ilin yanvar-aprel aylarında Dövlət Vergi Xidmətinin (DVX) xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 52,4% - 7 milyard 672,2 milyon manatadək artıb. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.
“2023-cü ilin yanvar-aprel aylarında Dövlət Vergi Xidməti xətti ilə dövlət bedcəsinə vergi daxilolmalarının həcmi 7 milyard 672,2 milyon manat təşkil edib. Bu müddətdə qeyri neft-qaz sektorundan vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 16,7% artaraq 4 milyard 3,4 milyon manat olub”, - Cabbarov sosial şəbəkələrdə yazıb.
Xəbər verildiyi kimi, 2023-cü ildə DVX-nin xətti ilə dövlət büdcəsinə daxilolmalar 13,4 milyard manat məbləğində proqnozlaşdırılır.*
B.Rüstəmbəyov