Azərbaycan Müdafiə Nazirliyinin məlumatına əsasən, Ermənistan silahlı qüvvələri Basarkeçər rayonunun Zod istiqamətində əlavə canlı qüvvə və döyüş texnikası cəmləşdirir.
“Basarkeçər rayonunun Zod istiqamətində əlavə canlı qüvvə və döyüş texnikası cəmləşdirən Ermənistan silahlı qüvvələri bölmələrinin aktivliyi tərəfimizdən müşahidə edilir. Bununla qarşı tərəf növbəti təxribata zəmin yaratmağa cəhd göstərir”, - nazirliyin bəyanatında deyilir.
Müdafiə Nazirliyi qeyd edir ki, “bölgədə yaranmış gərginliyə görə bütün məsuliyyət” Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. **
B.Rüstəmbəyov