Ermənistan Müdafiə Nazirliyi sərhəddə Zod yaşayış məntəqəsi istiqamətində Azərbaycan Ordusunun hərbi qulluqçuları ilə hərbi toqquşmalar nəticəsində 4 hərbçinin yaralanmasını təsdiq edib.
“Ermənistan tərəfindən 4 hərbi qulluqçu yaralanıb. İki yaralı hərbçinin vəziyyəti kafi, digər iki nəfərin isə orta ağırdır. Onların həyati təhlükəsi yoxdur”, - nazirlikdən qeyd ediblər.
Ermənistan Müdafiə Nazirliyinin versiyasına əsasən, saat 10:25-ə olan vəziyyətə görə, sərhəddə gərginlik azalır, sərhədin digər hissələrində isə vəziyyət nisbətən stabildir. **
R.Əhmədov