Kremldə Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi ilə əlaqədar İrəvan və Bakını təmkinli olmağa çağırıblar.
RF prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistan-Azərbaycan sərhədində vəziyyətin növbəti dəfə gərginləşməsi ilə əlaqədar hər iki tərəfdən həlak olanların və yaralıların olması ilə bağlı Moskvanın hansı tədbirlər görməsi süualına cavabında bildirib: “Biz, əlbəttə ki, tərəflərdən təmkinli yanaşma gözləyirik, gərginliyin artmasına səbəb olacaq hər hansı hərəkətlərə cəhd etməməyə çağırırıq. Həm Bakı, həm də İrəvanla təmasları davam etdirəcəyik”.
Kremlin nümayəndəsi qeyd edib: “Bilirsiniz, təmaslar davam edir, elə dünən Putin Qələbə Günü münasibətilə Moskvada olan Ermənistanın baş naziri Nikol Paşinyanla söhbət edib, o cümlədən, Azərbaycan tərəfi ilə təmaslar davam edir”.
Bundan əlavə, Peskovun sözlərinə görə, “Rusiya üçtərəfli sənədə uyğun olaraq nəzərdə tutulan funksiyalarını yerinə yetirməyə davam edir”. **