Azərbaycan və Misir farmasevtika sahəsində əməkdaşlıq memorandumunu imzalanmasını planlaşdırır.
Bu məsələ səhiyyə naziri Teymur Musayevilə Misirin Bakıdakı səfiri Hişam Mohamed Nağı ilə görüş zamanı müzakirə olunub.
“İnterfaks-Azərbaycan”a Səhiyyə Nazirliyindən verilən məlumata görə, Musayev görüşdə iki ölkə arasında səhiyyə sahəsində mövcud olan əməkdaşlıq əlaqələrinin inkişafı üçün geniş potensialın olduğunu bildirib.
“Görüşdə səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın gücləndirilməsinin yeni perspektivləri, eyni zamanda gələcəkdə farmasevtika sahəsində əməkdaşlıq memorandumunun imzalanmasına dair müzakirələr aparılıb”, - məlumatda vurğulanır. **
R.Əhmədov