Gürcüstanın baş naziri İrakli Qaribaşvili bəyan edib ki, Gürcüstan Rusiya barəsində birtərəfli sanksiyalar tətbiq etməyəcək.
“Biz Rusiaya qarşı birtətəfli iqtisadi sanksiyalar tətbiq etməyəcəyik, çünki bu addımla əhalimizə və biznesə böyük problemlər yaradacağıq”, - Qaribaşvili cümə axşamı jurnalistlərə deyib.
Bununla yanaşı, o qeyd edib ki, sanksiyalar altında olan Rusiya şirkətləri və vətəndaşlar Gürcüstan ərazisindən istifadə edə bilməyəcəklər.
"Rusiya ilə ticarət və iqtisadiyyata gəlincə, bu bizim maraqlarımıza daxildir. Hər kəs bu fakta anlayışla yanaşmalıdır və ilk növbədə dostlarımız, əgər onlar həqiqətən bizim dostlarımızdırsa və başqa niyyətləri yoxdursa", - Qaribaşvili bildirib.
O qeyd edib ki, «Rusiya ilə ticarəti dayandırmağı, uçuşları bərpa etməməyi məsləhət görən avropalı dostlardan soruşur ki, niyə bunu özünüz etmirsiniz, ticarəti dayandırmırsınız». «Yalnız ötən il Avropa Rusiyaya təxminən 300 milyard verib», - Gürcüstanın baş naziri bildirib.
Qaribaşvili deyib ki, Gürcüstan xalqı sülh, sabitlik və ölkənin birliyini istəyir.
O, həmçinin qeyd edib ki, Gürcüstanda hər kəs Ukraynadakı hərbi əməliyyatların tezliklə başa çatmasını arzu edir. **