10-11 may tarixlərində xarici işlər nazirinin müavini Fariz Rzayev Albaniyada işgüzar səfərdə olub. Bu barədə “İnterfaks-Azərbaycan” Xarici İşlər Nazirliyinə istinadən məlumat verir.
Səfər çərçivəsində Rzayev Albaniya xarici işlər nazirinin müavini Megi Fino, Albaniya prezidentinin xarici siyasət üzrə müşaviri Fatmir Çela, Albaniya baş nazirinin xarici siyasət üzrə müşaviri Odeta Barbulişi daxil olmaqla bu ölkənin rəsmi şəxsləri ilə görüşüb.
“Görüşlərdə Azərbaycan və Albaniya arasında münasibətlər, siyasi, iqtisadi, enerji və humanitar sahələrdə, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın hazırkı vəziyyəti nəzərdən keçirilib. Bundan başqa, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən strateji enerji və nəqliyyat layihələri, habelə regional təhlükəsizlik və post-münaqişə vəziyyəti ilə bağlı müzakirələr aparılıb”, - məlumatda qeyd olunur. **
X.Nəsirzadə