Cümə axşamı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Hindistanın yeni səfiri Sridharan Madhusudhananın və Qazaxıstanın yeni səfiri Alim Bayelin etimadnamələrinin surətlərini qəbul edib. Bu barədə “İnterfaks-Azərbaycan” Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən məlumat verir.
Bayramov görüşlər zamanı səfirlərlə ölkələr arasında ikitərəfli və çoxtərəfli münasibətlərin hazırki vəziyyəti, o cümlədən regionda baş verən prosesləri müzakirə edib.
Görüşlərdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub. **
X.Nəsirzadə