“Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsi “Reliable Oil Services” MMC-dən işıqlandırma üçün mal-materiallar satın alacaq.
“İnterfaks-Azərbaycan” agentliyi www.etender.gov.az portalına istinadən xəbər verir ki, şirkətlə 3 milyon 97,94 min manat məbləğində müqavilə bağlanıb.
Müqavilənin şərtlərinə görə, “Reliable Oil Services” 2023-cü ilin sonunadək işıqlandırma üçün 45 min ədəd lampa tədarük etməlidir.*
X.Nəsirzadə