Almaniya 2023-cü ilin I rübündə Azərbaycandan 150,209 milyon avro dəyərində (2022-ci ilin yanvar-mart ayları ilə müqayisədə azalma 1,8 dəfə) 243,194 min ton neft (azalma 1,7 dəfə) idxal edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Almaniya Federativ Respublikasının Federal Statistika İdarəsindən (Destatis) məlumat verilib.
Statistik məlumatlara görə, Almaniya yanvarda Azərbaycandan 42,713 milyon avro dəyərində 69,573 min ton, fevralda 80,579 milyon avro dəyərində 130,155 min ton, martda 26,917 milyon avro dəyərində 43,466 min ton neft idxal edib.*
R.Kərimov