Azərbaycanda koronavirus infeksiyasına 19 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 831 min 638-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib. Ölənlərin ümumi sayı 10 min 265 nəfər təşkil edir.
Virusa yoluxmuş 821 min 251 nəfər (sutka ərzində +27) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 122 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 851, hazırkı dövrədək 7 milyon 602 min 283 test aparılıb.*
X.Nəsirzadə