2023-cü ilin yanvar-aprel aylarında Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən 3 ton 112,210 kq narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən götürülüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından məlumat verilib.
Dövriyyədən çıxarılmış narkotik vasitələrin dəyəri 107 milyon 846 min manat ($63,44 milyon) kimi qiymətləndirilir.*
R.Kərimov