Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Ermənistanın zərbə PUA-larını zərərsizləşdirib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
“Mayın 11-i və 12-də Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonundakı bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisindəki bir neçə mövqeyinə qarşı müxtəlif istiqamətlərdən zərbə PUA-ları tətbiq edilib. Bölmələrimiz tərəfindən hava hədəfləri vaxtında aşkar edilmiş və radioelektron mübarizə vasitələrinin tətbiqi nəticəsində onlar hədəfə çatmadan zərərsizləşdirilib”, - deyə məlumatda bildirilib.*
R.Kərimov